KƏMLƏMƏK (ID - 20860)f Xəlbirləmək.
|
KƏMLƏNMƏ (ID - 20861)"Kəmlənmək” dən f.is.
|
KƏMLƏNMƏK (ID - 20862)məch. Xəlbirlənmək.
|
KƏMLİK (ID - 20863)is. Azlıq, yoxluq, əskiklik, çatışmazlıq.
|
KƏMMAYA (ID - 20864)sif. [fars. kəm və ər. mayə]
köhn. Mayası az, pulu az; kasıb, yoxsul. Kəmmaya tacir. 2. məc. Ağıldan kasıb, ağılsız, gic. [Bəy:] Doğrudan da belə imiş. Nə kəmmaya adam imişsiniz. Mir Cəlal. |
KƏMMAYALIQ (ID - 20865)is. Ağıldan kasıblıq, ağılsızlıq, giclik.
|
KƏMMƏHƏL (ID - 20866)sif. [fars. kəm və ər. məhəl] Adama məhəl qoymayan, diqqət yetirməyən, saymayan, etinasız. □ Kəmməhəl olmaq saymamaq, etinasız olmaq, soyuqluq, etinasızlıq göstərmək. Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr...
|
KƏMMƏHƏLLİK (ID - 20867)is. Etinasızlıq, saymazlıq, soyuqluq.
|
KƏMRƏNG (ID - 20868)sif. [fars.] Rəngi az, açıq, rəngsiz. Böyükxanım şad və xürrəm, gümüş podnos içində iki stəkan kəmrəng çay gətirdi. M.S.Ordubadi.
|
KƏMSAVAD (ID - 20869)sif. [fars. kəm və ər. səvad] Savadı az, azsavadlı, az oxumuş, savaddan kəm. [Mədəd:] Sən kəmsavad, haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. İ.Əfəndiyev. [Qədir:] Mən kəmsavad adamam, nə danışım a bala, heç özüm...
|
KƏMSAVADLIQ (ID - 20870)is. Azsavadlılıq, savadı az olma.
|
KƏMSƏR (ID - 20871)zərf[fars.] dan. köhn. Ağıldan kəm, kəmağıl, ağılsız.
|
KƏMSƏR-KƏMSƏR (ID - 20872)zərf dan. köhn. Axmaq-axmaq, gic-gic. [Gülxanım Alı kişiyə:] Ay üstünə od tökülsün, nə ilə oxutmaq istəyirsən, .. kəmsər-kəmsər danışma. “Qatır Məmməd”.
|
KƏMSİK1 (ID - 20873)is. İtin boynuna bağlanan ip, xalta. [Güləli] ..Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.
□□ Kəmsiyini çeynəmək (gəmirmək) hirsindən boğulmaq, son dərəcə... |
KƏMSİK2 (ID - 20874)is. dan. Çatışmayan, əlavə edilməli olan hissə, parça. Kəmsiyi var.
|
KƏMSİKLƏMƏ (ID - 20875)“Kəmsikləmək” dən f.is.
|
KƏMSİKLƏMƏK (ID - 20876)f 1. Başına, boğazına kəmsik keçirmək, kəmsik salmaq, xaltalamaq; başı kəmsikli halda yanınca aparmaq.
məc. Noxtalamaq, yüyənləmək. |
KƏMSİKLİ (ID - 20877)sif. Kəmsiyi olan, boynuna kəmsik salınmış; xaltalı. Kəmsikli it.
|
KƏMŞİRİN (ID - 20878)sif. [fars.] Azacıq şirin, normadan az şirnisi olan. Kəmşirin nar. Kəmşirin şərab. - Çayımız kəmşirin, çörək yavan; Kağızlar qam-qam, top-top. R.Rza.
|
KƏMŞİRİNLİK (ID - 20879)is. Kəmşirin şeyin hal və keyfiyyəti.
|
KƏMŞÜUR (ID - 20880)sif. [fars. kəm və ər. şüur] Şüuru az, şüursuz, dərrakəsiz. Olmayıram mən qəyur dərdə nişan olmağa; Mən oluram kəmşüur, sahibi-şan olmağa. C.Cabbarlı.
|
KƏMŞÜURLU(LU)Q (ID - 20881)is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik.
|
KƏMTALE (ID - 20882)sif [fars. kəm və ər. tale] Talesiz, taleyi (bəxti) gətirməyən. Kəmtale adam.
|
KƏMTALELİK (ID - 20883)is. Talesizlik, bəxtsizlik.
|
KƏMTƏR(İN) (ID - 20884)sif [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir. Füzuli. İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda. M.P.Vaqif. [Hacı Kamyab:] Xan, mən sizin kəmtərin nökərinizəm....
|
KƏMYEK (ID - 20885)sif və is. [fars.] 1. Əsas miqdardan az, əskik, bir az çatışmayan. Çəkidə kəmyeki düzəltmək.
2. Hicri təqvimdə 29 gündən ibarət ay. Ayın kəmyeki var. Kəmyek ay. |
KƏN (ID - 20886)is. Döşəmənin altına qoyulan tir, şalban.
|
KƏNAF (ID - 20887)[lat. cannabis-dən] bot. Saplağından kəndir alınan bitki.
|
KƏNAFLIQ (ID - 20888)is. Kənaf bitkisi əkilmiş yer, sahə.
|
KƏNAR (ID - 20889)[fars.] 1. B a x qıraq 1-ci mənada. Çayın kənarı. Yolun kənarı. - ..Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı....
|
KƏNARƏ (ID - 20890)is. [fars.] köhn. 1. Kitab səhifələrinin kənarındakı yazı.
Haşiyə, qıraq, çərçivə. Xalçanın kənarəsi. Kəlağayının kənarəsi. Evin ortasına salınmış böyük xalçanın, gəbənin ətrafına, divar dibinə salınan kiçik... |
KƏNARƏLİ (ID - 20891)sif Kənarəsi olan; haşiyəli. Kənarəli kəlağayı.
|
KƏNARLAŞDIRILMA (ID - 20892)“Kənarlaşdırılmaq” dan f.is.
|
KƏNARLAŞDIRILMAQ (ID - 20893)məch. Kənar edilmək, uzaqlaşdırılmaq.
|
KƏNARLAŞDIRMA (ID - 20894)“Kənarlaşdırmaq” dan
|
KƏNARLAŞDIRMAQ (ID - 20895)f Kənar etmək,
uzaqlaşdırmaq. Müfəttiş hesabdarı əli ilə kürsüdən kənarlaşdırıb, onun yerində əyləşdi. S.Rəhimov. |
KƏNARLAŞMA (ID - 20896)“Kənarlaşmaq” dan f.is.
|
KƏNARLAŞMAQ (ID - 20897)f Kənar olmaq, uzaqlaşmaq.
|
KƏNARSIZ (ID - 20898)sif Ucu-bucağı olmayan, nəhayətsiz, sonsuz. Ay çıxıbdı kənarsız; Niyə məni qınarsız? Açıb desəm dərdimi; Od tutarsız, yanarsız. (Bayatı).
|
KƏND (ID - 20899)is. Əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi. Böyük kənd. Kiçik kənd. - Koroğlu həftədə .. bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxardı. “Koroğlu”. Mənim adım Xəlil...
|
KƏNDARASI (ID - 20900)sif Kəndlərin arasında olan, yerləşən, salınan. Biz kəndarası yolları da düzəldirik. S.Rəhimov. ..Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib palçıqlı araba yoluna çıxardı. M.İbrahimov. [Yusifin] nəzəri itib-batmaqda...
|
KƏNDAŞIRI (ID - 20901)zərf Kəndləri keçərək. Kəndaşırı şose yoluna çıxmaq.
|
KƏNDBƏKƏND (ID - 20902)zərf Bir kənddən o biri kəndə, bir-bir kəndləri gəzərək, bir-bir kəndlər üzrə; kənd-kənd. Kəndbəkənd dolaşmaq. - Vəkillər.. kəndlilərin adlarını, acların sayını və istədikləripulun qədərini adbaad, kəndbəkənd, hamısını...
|
KƏNDCİK (ID - 20903)is. Kiçik kənd.
|
KƏNDCİYƏZ (ID - 20904)“Kənd” dən oxş. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Iki il əvvəl buraxıb getdiyi həmin kəndciyəzdə onun yoluna göz dikib, onun ümidi və arzusu ilə yaşayan iki göz var idi. H.Nəzərli....
|
KƏNDÇİ (ID - 20905)bax kəndli 1-ci mənada. Kəndçi qız. Kəndçipaltarı. - Şəhər stansiyasından dəmir yol bileti alaraq vağzala gedən motalpapaq iki kəndçi çiynində xurcun gəlib mənim yanımda dayandılar. Qantəmir. [Qoşatxan:] Həsən bəy hələ həştad...
|
KƏNDÇİLİK (ID - 20906)b a x kəndlilik. Qədir malqarasını satıb kəndçilik etməkdən əl çəkmiş və qulluqçu olmağı qərara almışdı. Ə.Sadıq.
|
KƏNDXUDA (ID - 20907)b a x kətxuda. Belə bir məsələ üçün kəndxuda hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov. [Allahverdi:] Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver,...
|
KƏNDXUDALIQ (ID - 20908)bax kətxudalıq. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş. “M.N.lətif.”
|
KƏNDİ1 (ID - 20909)is. İçində taxıl, un və s. saxlamaq üçün taxta, yaxud palçıqdan qayrılmış qab. Buğda kəndisi. Un kəndisi. Bir kəndi arpa. - Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı...
|
Bu səhifə dəfə baxılıb