KÜR1 (ID - 22660)sif. 1. Ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq. Hay-küyçü, zorakı, dediyini yeridən, inadkar. Kür adam. - [Əlyarov:] Sonra ağzıgöyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil. M.Hüseyn.
Tənbəl,... |
KÜR2 (ID - 22661)sif. Pak, təmiz (su haqqında). Hovuz kürdür.
|
KÜRD (ID - 22662)is. Azərbaycan, Türkmənistan, Suriya, İraq, İran, Türkiyə, Əfqanıstan və Pakistanda yaşayan irandilli xalq və bu xalqa mənsub adam. Əsli kürd olan bu adamın ağası Alıkişi qapılarda muzdurluq etməklə böyük ailəsini saxlayırmış....
|
KÜRDİ (ID - 22663)is. mus. Əsasən kamançada ifa olunan lirik musiqi.
|
KÜRDOĞLU (ID - 22664)is. mus. Aşıq musiqi formalarından biri.
|
KÜRDÜ (ID - 22665)bax küləcə.
|
KÜRDÜNAĞIRI (ID - 22666)is. mus. Yallı tərzində oyun havası. Kürdünağırı çalmaq.
|
KÜRDCƏ (ID - 22667)zərf və sif. Kürd dilində. Kürdcə-azərbaycanca lüğət. Kürdcə danışmaq.
|
KÜRƏ1 (ID - 22668)is. [ər. kürrə] Yer kürəsi, üzərində sakin olduğumuz planet. Yer kürəsinin əhalisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədən aşdı... M.Araz. Küreyi -ərz köhn. - Yer kürəsi, dünya. Bu küreyi-ərzdə...
|
KÜRƏ2 (ID - 22669)is. [fars.] 1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. - Dəmiri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində...
|
KÜRƏ3 (ID - 22670)is. Qulaqları uzun (qoyun haqqında). Qoyun var kərə gəzər; Qoyun var kürə gəzər; Gedər, dağları gəzər; Gələr, evləri bəzər. (Sayaçı sözü). // Sif. mənasında. Kürə qoyun.
|
KÜRƏCİK (ID - 22671)is. 1. Balaca kürə, kiçik kürə; dairəcik. Iki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. Onlar başıaşağı durub, dal ayaqları ilə kürəciyi dığırlayırdılar. İ.Şıxlı.
2. fiziol. Qanın tərkib hissəsi. □ Qırmızı,... |
KÜRƏÇİ (ID - 22672)is. Kürəyə xidmət edən adam; ocaqçı yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam.
|
KÜRƏÇİLİK (ID - 22673)is. Kürəçinin işi, peşəsi; ocaqçılıq. Kürəçilik eləmək.
|
KÜRƏXANA (ID - 22674)is. [fars.] köhn. 1. Gildən, palçıqdan hazırlanan şeylərin (məs.: saxsı qab, kərpic və s.) bişirildiyi yer.
Çörəkxanalarda kürələr (peçlər) olan yer; ocaqxana. Məşədi Hüseyn qoluçirməkli, döşüönlüklü xəmirxanadan... |
KÜRƏK1 (ID - 22675)is. 1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi. Kürəyini divara...
|
KÜRƏK2 (ID - 22676)is. 1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Kürəklə qar atmaq. Samanı kürəklə yığmaq. - Həyətin sol tərəfində Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin...
|
KÜRƏKAYAQLILAR (ID - 22677)cəm zool. Suda üzmək üçün ayaqları kürək şəklində olan məməli heyvanlar dəstəsi. Balinalar kürəkayaqlılara nisbətən su ilə daha çox əlaqədardır. “Zoologiya”.
|
KÜRƏKCİK (ID - 22678)is. Balaca kürək, kiçik kürək (bax kürək2
|
KÜRƏKÇİ (ID - 22679)b a x avarçı.
|
KÜRƏKƏN (ID - 22680)is. Qızın ərinin, qızın ata və anasına olan qohumluq münasibəti; yeznə. [İmran:] Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. S.S.Axundov. Yaxşı yol, oğlum! - deyərək, qoca qayınana öz cavan kürəkənini yola...
|
KÜRƏKƏNLİK (ID - 22681)is. Kürəkənin öz arvadının ata-anasına olan qohumluq vəziyyəti.
|
KÜRƏKLƏMƏ (ID - 22682)“Kürəkləmək” dən f.is.
|
KÜRƏKLƏMƏK (ID - 22683)f 1. Kürəklə atmaq, təmizləmək; kürümək. Qarı kürəkləmək. Buğdanı kürəkləmək. - Mühəndis qumu bir xeyli kürəklədi.. Mir Cəlal.
2. Kürək (avar) çəkmək, avarlamaq. Qayığı kürəkləmək. |
KÜRƏKLƏNMƏ (ID - 22684)“Kürəklənmək” dən f.is.
|
KÜRƏKLƏNMƏK (ID - 22685)məch. 1. Kürəklə təmizlənmək, atılmaq; kürünmək. Tövlə kürəkləndi.
2. Kürək çəkilmək, avarlanmaq. Qayıq kürəkləndikcə irəliləyirdi. |
KÜRƏKLƏTMƏ (ID - 22686)“Kürəklətmək” dən f.is.
|
KÜRƏKLƏTMƏK (ID - 22687)icb. 1. Kürəklə atdırmaq, təmizlətmək; kürütdürmək. Qarı kürəklətmək.
2. Kürək çəkdirmək, avarlatmaq. Qayığı kürəklətmək. |
KÜRƏKLİ1 (ID - 22688)sif. Enli kürəkləri olan, enlikürəkli. Kürəkli oğlan (kişi).
|
KÜRƏKLİ2 (ID - 22689)sif. Əlində kürək olan. ..Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə ..Bunkerin qabağında, maşında taxılı boşaltmaq üçün əli kürəkli iki arvad...
|
KÜRƏKLİK (ID - 22690)is. və sif. Kürək qayırmağa yarar, kürək qayırmaq üçün (ağac və s.). Kürəklik ağac. - Sən gördüyün ağaclar kürəkliyə kəsildi. (Ata. sözü). Gəldi, gördü ki, bu həyət daha o həyət deyil, gördüyü ağaclar kürəkliyə...
|
KÜRƏLƏMƏ (ID - 22691)“Kürələmək” dən f.is.
|
KÜRƏLƏMƏK (ID - 22692)bax kürümək 1-ci mənada.
|
KÜRƏMƏ (ID - 22693)“Kürəmək” dən f.is.
|
KÜRƏMƏK (ID - 22694)b a x kürümək.
|
KÜRƏN (ID - 22695)sif. Saçı, tükü parıltılı sarı-qırmızı rəngdə olan. Kürən oğlan. - Kürən at, geriyə dön! - dedikdə, kürən at dərhal geriyə sıçradı. M.S.Ordubadi. // İs. mənasında. Bu rəngdə saçı, tükü olan at, adam və s. Kürəni...
|
KÜRƏNMƏ (ID - 22696)“Kürənmək” dən f.is.
|
KÜRƏNMƏK (ID - 22697)b a x kürünmək. Tövlə kürənib qurtardı.
|
KÜRƏNVARİ (ID - 22698)sif. Kürən rəngində, kürənə bənzər; sarı-qırmızı.
|
KÜRƏŞƏKİLLİ (ID - 22699)sif. Kürə (şar) şəklində olan; kürəvari, kürəvi.
|
KÜRƏVARİ (ID - 22700)b a x kürəvi.
|
KÜRƏVARILIQ (ID - 22701)b a x kürəvilik.
|
KÜRƏVİ (ID - 22702)sif. [ər.] Kürə (şar) şəklində, kürəyəoxşar, şar şəklində, kürəvari, kürəşəkilli, girdə. Kürəvi cisim.
|
KÜRƏVİLİK (ID - 22703)is. Kürə şəklində olma, şara oxşama; girdəlik, kürəşəkillilik, kürəvarilik.
|
KÜRƏYƏC (ID - 22704)is. bax kürək2
|
KÜRK (ID - 22705)is. 1. Keçmişdə, əsasən, qoyun dərisindən, indi isə süni tüklü dərilərdən tikilən yaxud içi ya üzü bu kimi dəri ilə örtülü olan isti qış geyimi. Kürk tikmək. Kürkü geymək. - Telli.. Rizvanın da kürkünü Gülpərinin çiyninə...
|
KÜRKÇÜ (ID - 22706)is. 1. Kürktikən usta; kürk tikib satmaqla məşğul olan adam. Kürkçünün kürkü olmaz, börkçünün börkü. (Ata. sözü).
2. Yaxşı dəri, xəz tanıyan adam; dəri, xəz mütəxəssisi. |
KÜRKÇÜLÜK (ID - 22707)is. Kürkçünün işi, peşəsi, sənəti. Kürkçülüklə məşğul olmaq.
|
KÜRKLÜ (ID - 22708) |
KÜRKLÜK (ID - 22709)is. 1. Kürk tikilməyə yarar. Kürklük dəri, xəz.
2. Rəqəmlərlə - rəqəmin göstərdiyi miqdarda kürk tikməyə kifayət edəcək qədər. Iki kürklük dəri. |
Bu səhifə dəfə baxılıb