İzahlı lüğət

KİTRƏ (ID - 21510)

KİTRƏLİ (ID - 21511)

sif. Kitrəsi olan. Kitrəli ağac. Kitrəli kol.

KİVİ (ID - 21512)

is. Qabığı tüklü, içi yaşıl, turşməzə meyvə.

KİZB (ID - 21513)

is. [ər.] klas. Yalan, böhtan, iftira. Kizbi özünə şüar edibsən. Füzuli. Nə bilim ki, .. gözəl məktubun batini kizb və böhtan ilə doludur. C.Məmmədquluzadə.

KLAN (ID - 21514)

is. [ing.] Qohumların bir-biri ilə təsərrüfat, maliyyə və s. əlaqələri olan, birbirini qoruyan nəsli və ya qrupu.

KLAPAN (ID - 21515)

is. Maşın motorunun hissələrindən biri.

KLARNET (ID - 21516)

[fr.] Ağacdan qayrılmış, üstündə qapaq və deşikləri olan nəfəsli musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: 1. ağacdan qayrılmış nəfəsli alətlər (fleyta, klarnet, faqot və s.).. Ə.Bədəlbəyli....

KLARNETÇALAN, KLARNETÇİ (ID - 21517)

is. Klarnet çalan musiqiçi. Orxan maşının yanına gələndə gördü ki, klarnetçalan Ağazəki çiynini Mirzə Muxtarın evinin tininə söykəyib, qəzet oxuyur. İ.Məlikzadə.

KLASSİK (ID - 21518)

[lat.] 1. Elm, ədəbiyyat, incəsənət sahəsində ən tanınmış, ən görkəmli və məşhur şəxsiyyət. Böyük Azərbaycan klassikləri. - Bir azdan sonra ruscanı yaxşı öyrəndikdə, Cəfər rus klassiklərinin əsərlərini əslində oxumağa...

KLASSİK (ID - 21519)

sif [latıncadan] 1. Klassik tərəfindən yaradılmış (bax klassik 1-ci mənada), ən nümunəvi, nümunə ola biləcək. Klassik ədəbiyyat. “Koroğlu “operası Azərbaycan musiqisinin klassik əsəridir. Klassik musiqi. - Azərbaycan klassik...

KLASSİSİZM (ID - 21520)

[alm. Klassizismus, əsli lat.]
XVII əsrdən XIX əsrin əvvəllərinə qədər ədəbiyyat və incəsənətdə: antik ədəbiyyat və incəsənətin nümunələrinə təqlid əsasında yaranan cərəyan.
2. Qədim yunan və latın dillərinin,...

KLAVİATÜRA (ID - 21521)

[alm. əsli lat.] 1. Musiqi alətlərində klavişlər sistemi (bütün dillər). Royalın klaviaturası. - Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.
2. Hər hansı bir mexanizmdəki klavişlər....

KLAVİATURALI (ID - 21522)

sif. Klaviaturası olan. Klaviaturalı musiqi alətləri.

KLAVİR (ID - 21523)

[alm.] mus. 1. Simli klavişli musiqi alətlərinin ümumi adı (royal, pianino və s.).
2. Opera və ya simfoniya partiturasının royal üçün uyğunlaşdırılması.

KLAVİŞ (ID - 21524)

[lat. clavis - açar] Fortepiano, bayan və b. musiqi alətlərində basılmaqla səs çıxardan lövhəcik; dil. Klavişpiano, qarmon, ərğənun kimi musiqi alətlərində olan dillərə deyilir. Ə.Bədəlbəyli. Qaraqumda ilk dəfə səslənirpianino;...

KLAVİŞLİ (ID - 21525)

sif. Klavişi olan. Klavişli alətlər. Royal, piano klavişli alətlərdir.

KLERİKAL (ID - 21526)

[lat. clericalis] 1. Ruhanilər silkinə mənsub adam; ruhani.
2. Klerikalizm tərəfdarı, klerikal partiyası (məs.: İtaliyada xristian demokratları partiyası) üzvü.

KLERİKALIZM (ID - 21527)

[lat. clericalis-dən] Feodalizm və kapitalizm şəraitində siyasi və mədəni həyatda kilsənin (dinin) təsirini gücləndirməyə və ya onu hakim vəziyyətə çıxarmağa çalışan siyasi cərəyan.

KLERK (ID - 21528)

is. [fr.] 1. Kontor xidmətçisi.
2. köhn. Ruhani.

KLİMATOLOGİYA (ID - 21529)

[yun. klima və logos] Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini səciyyələndirən, təsnif edən, onların yayılmasını, iqlim əmələ gətirmə proseslərini və iqlimin coğrafi amillərini öyrənən elm; iqlimşünaslıq.

KLİMATOLOJİ (ID - 21530)

[yun.] Klimatologiyaya aid, klimatologiyaya mənsub olan. Klimatoloji müşahidələr.

KLİMATOLOQ (ID - 21531)

[yunancadan] Klimatologiya sahəsində çalışan alim, klimatologiya mütəxəssisi; iqlimşünas.

KLİNİK (ID - 21532)

[yunancadan] Klinikaya aid olan, klinika ilə əlaqədar olan. Klinik şərait. // Klinikada aparılan. Klinik müalicə. Klinik xəstəxana.

KLİNİKA (ID - 21533)

[yun. klinike] Eyni zamanda tələbə məşğələləri ilə yanaşı elmi-tədqiqat işi aparılan xəstəxana tipli müalicə müəssisəsi. Ramazan bu kimi fikirlərlə klinikanın qapısından içəri girdi. Mir Cəlal. Müdir klinikanın məsələlərindən...

KLİP (ID - 21534)

is. Videomaqnitofon lent yazısı.

KLİŞE (ID - 21535)

[fr.] mətb. Sonradan kağız üzərində çap etmək üçün metal və ya taxta parçası üzərində qazılmış qabarıq çertyoj, plan və s. şəklinin surəti. ..Şeyxin Londonda oxuduğu zaman ingilis qiyafəsindəki rəsminin klişesini düzəltdirdik....

KLUB (ID - 21536)

[ing.] 1. Müəyyən ictimai qrupa, peşəyə, sənətə mənsub şəxslərin birgə istirahətini, əyləncəsini, idman məşğələlərini və s. təşkil edən ictimai təşkilat. Şahmat klubu. İdman klubu. Yazıçılar klubu.
2. Bu təşkilatın...

KNOPKA (ID - 21537)

[holl.] 1. Kağızı, parçanı və s.ni bərk bir şeyə bərkitmək üçün yastı başlı mıxcıq. Sadıqzadə kağızları knopka ilə bərkidən köməkçilərinə göstəriş verirdi. S.Rəhimov. O, knopkaları ehtiyatla çıxarır, abı yerli,...

KNYAGİNYA (ID - 21538)

[rus.] köhn. Knyaz arvadı. Bu övrət knyaginya Natella imiş. F.Köçərli. Hacı da knyaginyanın kefini soruşdu, dostluğuna dair sözləri yarıtürkcə, yarırusca dedi. M.S.Ordubadi.

KNYAJNA (ID - 21539)

[rus.] Ərə getməmiş knyaz qızı. Gözəl knyajna dönərək natiqə davamlı və maraqlı bir nəzər saldı. Lermontovdan.

KNYAZ (ID - 21540)

[rus.] 1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə - feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.
2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən...

KNYAZLIQ (ID - 21541)

is. 1. tar. Knyazın idarəsi altında olan vilayət. O zamanlar Moskva Suzdal knyazlığının sərhədində idi. M.Ibrahimov.
2. köhn. Knyaz rütbəsi və hüququ. Məğrur Troyekurov [Vereyskinin] knyazlıq şərəfini nəzərə alaraq knyaz...

KOAQULOQRAM (ID - 21542)

is. [lat. və yun.] Qan analizində qanın laxtalanması barədə qeydlər.

KOALİSİYA (ID - 21543)

is. [lat.] İttifaq, birləşmə.

KOBALT (ID - 21544)

[lat.] kim. 1. Qırmızıya çalan bərk ağ gümüşü metal - kimyəvi element. Ayrıayrı kimyəvi elementlərdən isə alüminium, ..sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət...

KOBUD (ID - 21545)

b a x qaba. Kobudparça. Kobud adam. Kobud hərəkət. Kobud (z.) cavab vermək. - Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. S.S.Axundov.

KOBUDCASINA (ID - 21546)

zərf Kobud tərzdə, kobud şəkildə, qabacasına. [Səməd] qabağındakı stolu kobudcasına yana itələdi, palçığa dönmüş torpaq döşəmədə iri ləpirlər qoya-qoya sürətlə çıxıb qapını çırpdı. İ.Hüseynov.

KOBUDLAŞDIRILMA (ID - 21547)

“Kobudlaşdırılmaq” dan f.is.

KOBUDLAŞDIRILMAQ (ID - 21548)

bax qabalaşdırılmaq.

KOBUDLAŞDIRMA (ID - 21549)

“Kobudlaşdırmaq” dan f.is.

KOBUDLAŞDIRMAQ (ID - 21550)

bax qabalaşdırmaq.

KOBUDLAŞMA (ID - 21551)

“Kobudlaşmaq” dan f.is.

KOBUDLAŞMAQ (ID - 21552)

KOBUDLUQ (ID - 21553)

b a x qabalıq.

KOBUDYUNLU (ID - 21554)

bax qabayunlu. Kobudyunlu heyvanlar.

KOBUR (ID - 21555)

b a x qobur. Qoçu mauzerini koburundan çıxardıb yoxladı. M.Hüseyn.

KOBZA (ID - 21556)

[türk. “qobuz” dan] Barmaqla çalınan qədim Ukrayna musiqi aləti.

KOD (ID - 21557)

[fr.] Diplomatik, hərbi və b. məlumatı teleqrafla, radio ilə vermək, siqnalizasiya və s. məqsədlər üçün işlədilən şərti işarələr sistemi. Teleqraf kodu. Siqnal kodu. Kod ilə xəbər vermək.

KODAL (ID - 21558)

is. Vəhşi heyvanları tutmaq üçün qazılıb üstü çır-çırpı ilə örtülən çuxur yer; tələ.

KODEİN (ID - 21559)

[yun.] əcz. Toz şəklində öskürək dərmanı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed