KNYAZ[rus.] 1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə - feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.
2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul (XVIII əsrdən bu titul çarın fərmanı ilə də verilirdi) və bu titulu daşıyan şəxs. Qız zənn edır, səfərdən gəlir knyaz; Birdən görür bir qonaqdır tanınmaz. A.Səhhət. [Əhməd:] Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, .. onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov. [Əmiraslan ağa:] ..Mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmiş? S.S.Axundov. Paylaşın - Hamı bilsin
|