KLİNİKA[yun. klinike] Eyni zamanda tələbə məşğələləri ilə yanaşı elmi-tədqiqat işi aparılan xəstəxana tipli müalicə müəssisəsi. Ramazan bu kimi fikirlərlə klinikanın qapısından içəri girdi. Mir Cəlal. Müdir klinikanın məsələlərindən ətraflı danışdı. Ə.Vəliyev.
KLİNİKAÇI, KLİNİST is. [yun.] Klinikada işləyən və praktiki həkimlikdən əlavə, elmi müşahidə və tədqiqatla da məşğul olan həkim. Paylaşın - Hamı bilsin
|