KULTİVASİYA[fr.] k.t. Torpağın kultivatorla becərilməsi, yumşaldılması. Bütün yay müddətində [manqa üzvləri] altı dəfə kultivasiya, yeddi dəfə də kətmənləmə apardılar. İ.Əfəndiyev. Alaq, kultivasiya, kətmən, suvarma; Bizim işimizin əsil canıdır. Vahabzadə. □ Kultivasiya etmək (çəkmək) - torpağı yumşaltmaq, belləmək, becərmək. Sahədə cərgə aralarına çarpaz kultivasiya çəkilirdi.
Paylaşın - Hamı bilsin
|