İzahlı lüğət

KASIB

sif. [ər.] 1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam, yoxsul (varlı, dövlətli əksi). Kasıb adam. - Kasıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəhmətinə, haqqı-sayına. Aşıq Ələsgər. Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur. C.Məmmədquluzadə. Bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz. M.S.Ordubadi. // İs. mənasında. Kasıbı dəvə üstündə böv vurar. (Məsəl). Varlı, kasıb bu dünyadan köçərlər; Yaxşını, yamanı görüb seçərlər. “Koroğlu” □ Kasıb düşmək - yoxsullaşmaq, kasıblaşmaq. [Məşədi Səttar] axır kasıb düşüb evini satdı. Ə.Haqverdiyev. [Dilara Bəhruza:] İndi birdən-birə kasıb düşmüş Dilaraya əfsanələr dünyası vəd edirsən! Ə.Məmmədxanlı.
Yoxsul, kasıbyana, kasıbvari; yoxsulvari. Bir azdan sonra kasıb bir süfrə açıldı. A.Şaiq. [Vidadi:] Kasıb komacığım özümə yetər; Burda yazılmışdır yüzlərlə əsər. S.Vurğun.
məc. Zəif, naqis, qüsurlu. Ağıldan kasıb. Bilikdən bir az kasıbdır. - Bəlkə bu dil çox kasıbdır; Qucağına sığışmayır; Əsrin böyük fikirləri?.. B.Vahabzadə.
B a x kasıbvari, kasıbyana. [Alı kişinin] kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı. “Koroğlu”.
2. sif. məc. Kiçik, balaca, az. Canı var süddən bayaz; Kasıbca boydan bir az. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed