KƏKLİK1is. Toyuq cinsindən əlvan tüklü çöl quşu. Çil kəklik. Ağ kəklik. - Çoban oxur, çalır, dağlar səslənir; Nə anladır o kəkliklər turaca? A.Şaiq. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklikpırıldaşıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb ovlayırdılar. M.Rzaquluzadə. □ Kəklik kimi cilvəli hərəkət haqqında. Otuzunda kəklik kimi səkərsən; Igidlik eləyib qanlar tökərsən. “Koroğlu”. Rəqqasə də kəklik kimi süzüb gedir çəmənliyə; Hər könüldən bir səs gəlir, “ölməmişəm, sağam!” - deyə. S.Vurğun. Ötmə kəklik kimi min naz ilə əlvan geyinib; Bizim ətrafa da, olmazmı ki, pərvaz edəsən? Ə.Vahid.
□□ Kəkliyi azmaq (əsli gəyiriyi azmaq) bax gəyirik. Paylaşın - Hamı bilsin
|