KÜLƏŞis. 1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. - Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. Məmmədquluzadə. Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin. // Bəzən həsir mənasında. [Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev.
məh. b a x kövşən 2-ci mənada. Safo .. ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir, onun-bunun küləşində başaqçılıq eləyir. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|