KİRŞANis. Qadınların üzlərinə sürtdükləri ağ və ya ət rəngində ətirli, kosmetik toz maddə. Əziziyəm, bizə gəl; Al-yaşıl gey, bizə gəl; Üzün kirşanı neylər; Çək sürməni gözə, gəl. (Bayatı). Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, pəri! M.P.Vaqif. Kirşan vurmaq (sürtmək) - bax kirşanlanmaq.
Paylaşın - Hamı bilsin
|