KÜFRis. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. Küfr danışmaq (söyləmək) - Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir. Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs üçün rəva deyil. C.Məmmədquluzadə. [Baftan:] Küfr danışma, qoca, istərəm əlahəzrətin sağlığına zəhər içərəm, istərəm lap iblis ilə öpüşərəm! Ə.Məmmədxanlı. // Dinsizlik, allahsızlıq. [Birisi:] Biz də .. Hər bir yol ilə camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrünə hökm edirdik. Ə.Haqverdiyev. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|