İzahlı lüğət

KAMYAB

is. [fars.] klas. Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar. □ Kamyab olmaq - 1) kamına çatmaq, xoşbəxt olmaq. Aləm oldu şad, bülbül vəsli-güldən kamyab. S.Ə.Şirvani; 2) kam almaq. Alçaq ürəklər olmaya mövtinlə kamiyab; Ruhun da, heykəlin də, məzarın da inqilab! M.S.Ordubadi;
fayda götürmək, bəhrəsini götürmək; faydalanmaq. [Kök pişiklər arıq pişiyə deyirlər:] Aşü plovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab. S.Ə.Şirvani. [Nəcəf bəy:] Biri, görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, .. öz zəhmətinin meyvəsindən kamyab olmayır. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed