KANAL[lat.] 1. Dəniz, çay və göllər arasında gəmilərin gedib-gəlməsi, habelə suvarma, hidrotexniki və s. məqsədlər üçün çəkilmiş süni su yatağı. Kanal çəkmək. Samur-Abşeron kanalı. Suvarma kanalı. [Tahir:] Mingəçevirdən böyük kanal ayrılacaq. M.Hüseyn. Dəli çaydan səhraya kanallar çəkiləndə; Torpağı əridəndə nəfəsi motorların; Mən də ordaydım, bəli. S.Rüstəm.
tex. Hər hansı bir şeyin içində boru şəklində dar uzun boşluq. Top kanalı. Kabel kanalı. anat. bax yol 5-ci mənada. Bax yol 6-cı mənada. Cürbəcür kanallardan istifadə etmək. Paylaşın - Hamı bilsin
|