İzahlı lüğət

KAM1

is. [fars.] 1. Arzu, məqsəd, məram, murad. Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır... A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə mən bülbül. B.Vahabzadə. Kam almaq - 1) b a x kama yetmək (yetişmək, çatmaq). Fərhad, Məcnun, Kərəm kamın almadı; Bir Yusifi sevdiyinə yetirdin. Molla Cümə. Biz də muradımızca fələkdən kam alaydıq; Sizə qonşu olaydıq. M.Müşfiq;
intiqam almaq, əvəz olaraq birinin fəlakətinə sevinmək. Kam bulmaq köhn. - b a x kam almaq 1 -ci mənada. Fəsli-bahar gəldi, könül, şad, kam bul! Q.Zakir. Kam vermək - arzusuna, kamına yetirmək. Xəstədir, Qövsi, təbibin, dərd bilmək çağıdır; Çarə qılmaq, kam vermək, könül almaq çağıdır. Qövsi. Kama yetirmək - arzusuna çatdırmaq. Kama yetmək (yetişmək, çatmaq) arzusuna nail olmaq, məqsədinə çatmaq. Deyin sərvi-güləndama; Öldürsün, yetişsin kama. Q.Zakir. [Mirzə Rza:] [Nəsrəddin şahı] öldürdüm, indi kama yetişdim! C.Cabbarlı. Yoxsa yetməyəcək kamına şair; Quru bir taxtanı simsiz çalacaq? S.Vurğun. Kami-dil klas. - ürək arzusu. 0ükr Seyyid, gedirəm kami-dil ilə bu səhər. S.Ə.Şirvani. Kamı gözündə qalmaq - arzusuna çatmamaq, arzusu ürəyində qalmaq. Gözündə qalmasın insanın kamı. Z.Xəlil.
klas. Ləzzət, zövq. □ Kam vermək zövq vermək, ləzzət vermək. Açdın dəriiltifatü ənam; Verdin gərəgincə hər kəsə kam. Füzuli. Kam götürmək - zövq almaq, ləzzət almaq. [Qadın:] İkicə nəfər belə balam olaydı, hərəsini bir məktəbə qoyaydım, hər gün birinin yanına gedib baxanda kam götürəydim. Mir Cəlal.
Kamınca, kamımca şəklində köhn. ürəyincə, ürəyimcə; istədiyin kimi, istədiyim kimi. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar olur. S.Ə.Şirvani. Yüz il yaşayıb bircə gün ömrümdə fələkdən; Kamımca mədar olmasa, mən neyləyə billəm? Ə.Vahid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed