KREPDEŞİN[fr. crepe de Chine - Çin krepi] Sıx, nazik ipək parça. 3 metr krepdeşin almaq. // Bu parçadan tikilmiş. Krepdeşin kofta. Krepdeşin yaylıq. - [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn. Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|