İzahlı lüğət

KİLİDLƏNMƏK

məch. 1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi. Evin qapısı dışarıdan kilidlənmişdi. M.Hüseyn.
məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək. - ..[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. İdrak da boğular, söz də, sənət də; Ağıl kilidlənər dildə, dodaqda; Azadlıq olmayan bir məmləkətdə; Nadan başda gəzər, aqil ayaqda. B.Vahabzadə.
məc. Bağlanmaq, tutulmaq. Qurtuluş yolları kilidləndi bax... R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed