İzahlı lüğət

KİMSƏ

1. əvəz. Məlum olmayan şəxs, adam. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Vaqif bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif. Heç kim, heç kəs, heç bir adam, heç biri. Kimsə onun qabağına çıxa bilməz. Kimsəyə boyun əyməz. Kimsə gəlmədi. Kimsəni görmədim. - Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şənilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Kimsə bilməz ki, neçə yardən oldum məyus. S.Ə.Şirvani. Həyətdə kimsə yoxdu. S.Hüseyn. Kimsədən şəklində - heç kimdən, heç kəsdən, heç bir adamdan. Kimsədən minnət götürməz. - Kim olduğumuzu yəqin ki, kimsədən soruşmadan bilirlər. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed