KÜSTAXLIQis. klas. Ədəbsizlik, tərbiyəsizlik; ədəbsiz, tərbiyəsiz hərəkət. [Müəllim:] Bağışlayın, Iskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. C.Məmmədquluzadə. Xüsusən yaşlı və böyük şairlərin iştirak etdiyi bu məclisdə bizim şeir oxumağımız küstaxlıqdır. M.S.Ordubadi. // Sırtıqlıq, həyasızlıq.
Paylaşın - Hamı bilsin
|