KÜSKÜNLÜKis. Küsülülük, küsü saxlama, küsmə; inciklik, narazılıq. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. Şaiq. Dedi: - Az-az görünməyim küskünlükdən nişanədir; Dedim: - Bir az açıq danış, bu sözünün sirri nədir? S.Vurğun. Lakin gecə keçdiyini görərkən [Sürəyya] babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssizcə ağlamağa başladı. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|