İzahlı lüğət

KORLAMAQ

f 1. Xarab etmək, pis vəziyyətə salmaq, yaramaz hala salmaq; pozmaq. Şeyi korlamaq. Maşını korlamaq. - Sındırıb korlamısan; Oyuncaqları bir-bir. R.Rza. [Vəli:] Bu vaxta kimi beş-altı rol oynamısan, hamısını da korlamısan. S.Rəhman. // məc. Pisləşdirmək, xarablamaq, puça çıxarmaq, alt-üst eləmək. Qız Hüseyn Kürdə yalvarıb dedi: - Sən getmə, çoban adamsan, danışığını bilməzsən, işi daha da korlarsan.. (Nağıl). [Sultan bəy:] ..Mərdimazar oğlu mərdimazar hayandan gəldi isə, bütün işi korladı. Ü.Hacıbəyov. ..Qara kişini bu soyuq hava üşütdü, nəşəsini əməlli-başlı korladı. Ə.Əbülhəsən.
2. məc. Sərfəsiz xərcləmək, sovurub dağıtmaq, puç eləmək; sovurmaq. Pulu korlamaq. - Yaşar iki ayda iki min manatlıq malı korlamışdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed