KORSET[fr.] 1. Bədəni şax saxlamaq, beli sıxmaq üçün paltarın altından bağlanan enli elastik kəmər. Korset ilə kəmərini, yan qabırğaları bir-birinə bitişəcək qədər sıxmış bir qadın da konkaya mindi. A.Şaiq.
2. Fəqərə sütununun əyilməsi və ya hər hansı bir xəstəliyi ilə əlaqədar olaraq bədənin yuxarı hissəsinə bağlanan bərk bandaj. Gips korset. Paylaşın - Hamı bilsin
|