KOLXOZis. tar. [rus. "коллективное хозяйство” söz. ixtisarı] Kollektiv təsərrüfat SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün XX əsrin 30-80-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi; kənd təsərrüfat arteli. Qabaqcıl kolxoz. - [Fərman] gözünü açarkən özünü kolxozda görmüşdü. Ə.Sadıq. □ Kolxoz bazarı - kənd zəhmətkeşlərinin öz həyətyanı təsərrüfatlarından götürdükləri və öz şəxsi ehtiyaclarından artıq qalan kənd təsərrüfatı məhsullarını satdıqları bazar.
Paylaşın - Hamı bilsin
|