KİÇİCİKsif. Olduqca kiçik, çox kiçik. Kiçicik otaq. Kiçicik qab. Kiçicik qutu. - Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi. C.Cabbarlı. Bu bülbül kiçicik vücudunu sarsıdan, hər nəfəsində ürəyinin bir parçacığı qopurmuş kimi
yanıqlı hıçqırıqlarla dolu nəğməsi ilə nə deyirdi? M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|