KƏNDİRBAZis. 1. İp üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam; canbaz. Kəndirbazların çıxışı. - Qız uşağını özbaşına buraxsan, .. kəndirbaza ərə getmək istər. M.S.Ordubadi. [Rəqslərin] ahəngi altında oynayana və atılıb-düşənə rüstümbaz və ya kəndirbaz deyərlər. H.Sarabski.
// Bu cür ip üstündə nömrələr göstərən sirk artisti; akrobat. 2. məc. Hoqqabaz, oyunbaz. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov. [İsmayıl:] ..Əntərzadə bir maarif işçisi deyil, xaliscə bir kəndirbazdır. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|