KƏRAMƏTis. [ər.] 1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq. ..Bəlkə ağanın fiəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə. Kəramət etmək (qılmaq, buyurmaq) köhn. - lütf etmək, bağışlamaq, vermək. [Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. M.F.Axundzadə. Kəramətə gəlmək - səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək.
2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. (Ata. sözü). Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan! M.V.Vidadi. [Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|