KƏPƏKis. 1. Un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntıları. Arpaya qatsan at yeməz; Kəpəyə qatsan it yeməz. (Ata. sözü).
Ağac, taxta mişarlandığı zaman tökülən xırda ovuntu. Söz nadan dilində qəpiyə dəyməz; Dəyməz, su üzündə köpüyə dəyməz; Dəyməz, heç bir ovuc kəpəyə dəyməz.. M.Araz. Başda və heyvan tüklərinin dibində əmələ gələn qovaq. Başında kəpək olmaq. B a x kövrək 1-ci mənada. Kəpəkalma. Kəpək heyva. Paylaşın - Hamı bilsin
|