İzahlı lüğət

KİRİMƏK

f 1. Səsini kəsmək, susmaq, dinməmək. Uşaqlar kiridilər. - Ölüsü ölən kiridi, yasa gələn kirimədi. (Ata. sözü). Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nədəndir? M.P.Vaqif. [Tubu:] İndiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. Ə.Haqverdiyev.
2. Rahatlanmaq, ovunmaq, sakitləşmək. [Paşa:] Nə olar, uşaq döyülər də, ağlar da, kiriyər də! Mir Cəlal. Göyün üzü ağladıqdan sonra kirimiş və gülməyə başlamış uşaq gözlərinə bənzəyirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed