İzahlı lüğət

KÖLGƏLİK

is. 1. Kölgə düşmüş yer, kölgə olan yer; kölgə, kölgəli yer. Kölgəlikdə oturmaq. Kölgəlikdə yatmaq. - Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. Insan ayağı dəyməyən bu yerlərdə gündüzlər özünü kölgəliyə verən at, eşşək ağnamış, künclərdə toyuq-cücə eşələnib torpağı atım-atım eləmişdi. İ.Hüseynov. Kölgə üçün düzəldilən hər şey. Kölgəlik düzəltmək. // sif. mənasında. Kölgə üçün olan, kölgə salmaq üçün əkilən. Qoca kişi kölgəlik ağacın dibindəki çarpayını göstərdi.. S.Rəhimov. // Talvar, alaçıq, dəyə və s. Kölgəlik düzəltmək.
Bax günlük 3-cü mənada. Ramazan şapkasının kölgəliyini qaldırdı, ətrafa baxabaxa müdirin otağını tapdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed