KÖLGƏLƏNMƏKf 1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi. - ..Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. C.Məmmədquluzadə. Göy sərvlər qucağında bir çiçək
kimi; Kölgələndi uzaqlarda ağaran liman. Ə.Cəmil. [Bakıda] heç kəs istidən kölgələnmək və başını gizlədib işdən qalmaq istəməz. S.Rəhimov. məc. Üzündə qəm, kədər, qüssə əlaməti zahir olmaq; qəmlənmək, qüssələnmək, kədərlənmək (adətən, “gözləri”, “üzgözü”, “çöhrəsi” sözləri ilə). Uzü-gözü kölgələnmək. - Sevilin gözləri güldüyü yerdə; Birdən buludlanıb kölgələndimi? M.Müşfiq. Məzlumun çöhrəsi kölgələndi, bir an nə deyəcəyini bilmədi. S.Vəliyev. məc. Qaçıb gizlənmək, birinin himayəsinə, qanadı altına sığınmaq, birinə pənah aparmaq. Paylaşın - Hamı bilsin
|