İzahlı lüğət

KƏLƏM

is. Yarpaqları xörəyə işlənən bostan bitkisi. Bir baş kələm. Kələm dərmək.
Bazara turp, kök, kələm, soğan gələr satılmağa; Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. A.Səhhət. □ Baş kələm bot. - kələmin iri yarpaqlar şəklində açılan növü. 2 kq baş kələm almaq. Daş kələm bot. - xörəyə işlənən yoğungövdəli kələm növü. Dəniz kələmi bot. - xörəyə qatılan və müalicə məqsədi ilə işlədilən dəniz yosunu. Dəniz kələmi konservi. Gül kələm bot. - gül şəklində olan kələm növü. Gül kələmi doğramaq. // Həmin tərəvəzdən hazırlanmış xörək. Kələm şorbası.
□□ Kələm suyu - borşa zarafatla verilən ad. Canım, Allahın kələm suyu - borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed