İzahlı lüğət

KÖNÜLLÜ

sif. 1. Öz xoşu ilə, öz razılığı ilə, öz istəyi ilə; qeyri-məcburi. Könüllü vergi. Könüllü əsgər. Könüllü dəstələr. // Is. mənasında. Bir işi öz xoşu, razılığı, istəyi ilə öhdəsinə götürən adam (adətən orduya könüllü gedənlər haqqında). Könüllülər batalyonu. - Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. M.S.Ordubadi. // Zərf mənasında. [Məmməd:] Bir çox şəhərləri - Moskvanı və Leninqradı gəzdim, sonra könüllü olaraq Uzaq Şərq ordusuna yazıldım. C.Cabbarlı. [Aslan:] Hərbi çağırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi. S.Vəliyev.
...təbiətli, ...xasiyyətli, ...qəlbli, ...ürəkli (adətən qoşulduğu sözü səciyyələndirir). Rəssam könüllü. - Deyən, bir insana uydu zavallı; O şair könüllü, rəssam xəyallı. S.Vurğun. İctimaiyyətin köməyi ilə təşkil olunub işləyən bəzi cəmiyyət adlarının tərkib hissəsi. Könüllü cəmiyyətlər. Yanğından müdafiə könüllü cəmiyyəti. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed