İzahlı lüğət

KÖNDƏLƏN

sif Eninə. Köndələn xətt. Köndələn tikiş. - Qarşımda başdan-başa; Əyri, köndələn cızıq; Varaq-varaq kağızlar. R.Rza. Pərinin üzündə, gözünün altında, boynunda bir köndələn qırış belə nəzərə çarpmırdı. Ə.Vəliyev. // zərf Yanakı, çəpinə, yan. Atı köndələn sürmək. Köndələn tikmək. Parçanı köndələn kəsmək. - Kor, atı minib köndələn çapar. (Ata. sözü). [Əhməd] yavaşyavaş eşşəyin başını döndərib yolda köndələn oturdu. B.Talıblı. Arabaçı isə onlara baxmadan, üzünü köndələn tutub, eyni şikayətli səslə davam etdi.. M.Hüseyn. // Eyni mənada: köndələninə şəklində. Köndələninə oturmaq. - [Veys] ..divara yanaşı üç cızıq, köndələninə yanaşı iki cızıq çəkdi.. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed