KƏMETİNALIQis. Etinasızlıq, diqqətsizlik. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub, gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı. Bu nazənin gözəlin yaxşı dilgüşalığı var; Heyif öz aşiqinə çox kəmetinalığı var. Ə.Vahid. □ Kəmetinalıq etmək (göstərmək) - etinasızlıq göstərmək. Hətta arvadlar da kəmetinalıq etməyib, darvazaların arasından kərbəlayıya təhqiqlə nəzər yetirirdilər. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|