KÜTLƏŞDİRMƏKf 1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
Dostlar! Kütləşdirməyək döyüş yarağını. S.Rüstəm. 2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini azaltmaq, zəiflətmək; küt eləmək. Beynini kütləşdirmək. - [İngilislər] kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək ..mövhumat və bidətləri canlandırırdılar. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|