KÜTLƏŞMƏKf 1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib. Bıçaq kütləşib - Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi.. qiyməkeş yaman kütləşmişdi. H.Seyidbəyli.
məc. Həssaslığını itirmək, qavramaq qabiliyyətini, dərrakəsini itirmək. Hafizəsi kütləşmək. - Nəhayət, yorulur, kütləşir başı; Dönüb kölgələnir məyus baxışı. S.Vurğun. // Keyimək, keyləşmək. Soyuqda dayanmaqdan kütləşmiş Ələmdar balkonun qabağına yeriyib, əlini qulağına gətirdi.. S.Rəhimov. məc. Azalmaq, zəifləmək, hissedilməz hala gəlmək. Getdikcə “alo, alo” səsləri çoxalır, Mehribanın ürəyindəki ağrı kütləşirdi. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|