KONDUKTOR[lat. conductor - müşayiət edən] Qatarı müşayiət edən, onun təhlükəsizliyinə və düzgün hərəkətinə, yüklərinin qorunmasına nəzarət edən dəmiryol işçisi. Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki, - sabahdan sən qatar müfəttişi olacaqsan! Mir Cəlal. // köhn. Tramvayı, avtobusu, trolleybusu müşayiət edən, onda qayda-qanuna nəzarət edən, səmişinlərə bilet satan şəhər nəqliyyatı işçisi.
Paylaşın - Hamı bilsin
|