KAPİTAL[lat. capitalis-dən] 1. iqt. Sahibinə, muzdlu fəhlələri istismar yolu ilə izafi dəyər gətirən dəyər (sərmayə, istehsalat vasitələri və s.). Maliyyə kapitalı. Sənaye kapitalı. - Sorulub Bakının şah damarları; Nobel banklarında kapital oldu. M.Araz. // top. Kapitalistlər, burjua sinfi, kapitalizm. Kapital ölkələri. Kapital ilə zəhmətin mübarizəsi. Kapital hakimiyyəti. Beynəlxalq kapital. - Basmış kapitalın ürəyini yağ; Gənclik sürətindən qalmış ayağı. S.Vurğun.
Sərmayə, sərvət, dövlət, mal-mülk, əmlak. dan. Çoxlu miqdarda pul. məc. Ümumiyyətlə, ən dəyərli, ən qiymətli, ən əhəmiyyətli şey. □□ Kapital qoyuluşu - əsaslı inşaat üçün buraxılan pullar. Paylaşın - Hamı bilsin
|