KAR1sif. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. - [Cahangir:] Qışqırmayın, mən kar deyiləm! İ.Əfəndiyev. // İs. mənasında. Qulağı eşitməyən adam. Karın könlündəki. - Kar iki dəfə gülər. (Ata. sözü). // məc. Laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. Elə bil kardır, söz eşitmir.
□□ Kar samit dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilən samit. Paylaşın - Hamı bilsin
|