KAPİTAN[fr.] 1. Orduda: baş leytenant rütbəsindən sonra gələn zabit rütbəsi, habelə bu rütbəni daşıyan şəxs. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal. Gəmi komandiri, rəisi. Gəmi kapitanı. Kapitan köməkçisi. - Dalğalar qayığı nə qədər sağa-sola çırpdısa da kapitanın halına təfavüt eləmədi. M.Hüseyn. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Ə.Haqverdiyev. İdman komandasının başçısı. Futbol komandası kapitanı.
□□ Kapitan-leytenant - donanmada baş leytenantdan sonra gələn zabit rütbəsi və bu rütbədə olan şəxs. Paylaşın - Hamı bilsin
|