KEÇİNMƏK1f 1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. Birtəhər keçinirəm. - Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq. [Məsmənin] maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir imiş. S.Hüseyn.
Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. Çocuqlarına qarşı bəslədiyi məhəbbət Mehribanı məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb, bir növ ilə keçinsin. S.Hüseyn. Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|