KEÇİLMƏZsif. 1. Keçmək, hərəkət etmək, getmək, addamaq qeyri-mümkün və ya çətin olan. Keçilməz cəngəllik. Keçilməz dağ. - Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Qatar keçilməz yolları oraq kimi kəsib-biçdi; Qarşı gəldikcə daş-qaya bir ox kimi dəlib keçdi. H.Cavid. Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər. H.K.Sanılı. // Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu. - Biz uca qayalar aşdıq; Keçilməz yollardan keçdik. Z.Xəlil.
məc. Son dərəcə yaxşı, gözəl, ürəyə yatan, cəlbedici şey haqqında. [Bəypolad Cəmil bəyə:] Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! H.Cavid. məc. Bağışlanmaz, bağışlanması mümkün olmayan, əfvedilməz. Keçilməz günah. Paylaşın - Hamı bilsin
|