KÖŞKis. 1. Bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət, qəsr, kaşanə. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir. M.S.Ordubadi. Heydərbaba, alçaqların köşk olsun; Bizdən sonra qalanlara eşq olsun! Şəhriyar.
Parklarda, bağlarda istirahət üçün üstüörtülü, yanları açıq yüngül tikili. Ayaz köşkə yaxınlaşanda, Baxış qabağına çıxdı. Q.İlkin. Bax kiosk. Qəzet köşkü. Çiçək köşkü. Paylaşın - Hamı bilsin
|