KÖPÜRMƏK1f 1. Qabarıb köpüklənmək, qabarıb şişmək, kükrəmək. Dəniz köpürmüşdü. - Yel üfürdü, su köpürdü. (Ata. sözü). [Nəbi:] Birlikdə çıxardıq dağa ikimiz; Baxırdıq köpürüb a xan sulara. S.Rüstəm. Ömür dedikləri coşqun çay kimi; Kükrəyib köpürür, hər zaman gedir. M.Rahim.
məc. Bərk hirslənmək, coşmaq, özündən çıxmaq. Bir anda köpürmüş, bir anda sönmüş; Xırçın əməllərin yadıma düşdü. M.Müşfiq. Paylaşın - Hamı bilsin
|