İzahlı lüğət

KÖRPƏ

sif. 1. Südəmər, çağa. Körpə uşaq. Körpə bala. - Körpə uşaqlar ac və çılpaqlığa davam gətirməyib ağlaşırdılar. Çəmənzəminli. // Yenicə doğulmuş, bala. Ağılın ağzında yatan üç körpə quzuya yaxınlaşdı. M.İbrahimov. // Is. mənasında. Südəmər uşaq. Körpəni sakitləşdirmək. Körpəni yedirtmək. Körpələr böyüdü, gənclər qocaldı; Zaman yaşa doldu, insan ağıla!.. S.Vurğun. [Şofer:] Əgər körpələr qabağımı kəsməsəydi, mən də çoxdan dağlarda idim. S.Vəliyev. Gəl gedək, dolaşaq dünyanı biz də; Körpənin bu şirin arzusuna bax! N.Rəfibəyli. □ Körpələr evi
körpə (üç yaşına kimi) uşaqlar üçün tərbiyə müəssisəsi. Uşağı körpələr evinə qoymaq. Körpələr evini təmir etmək.
məc. Təzə, tər, yeni, sütül. Körpə xiyar. Körpə budaq. - Çoxdan qurumuş sirkan kollarının, arxların qırağında cücərən körpə otların və yaş torpağın ürəyindən qopan bu
ətir Rüstəm kişiyə ləzzət verirdi. M.İbrahimov. Mənimdir ətirli, göyçək nəğmələr; Mənimdir gülüşlər, körpə budaqlar. R.Rza. Qumru üsulluca körpə zoğların dibini eşməyə başladı. Ə.Məmmədxanlı.
Yeniyetmə, lap gənc, uşaq kimi görünən, hələ yetişməmiş. ..Kobud görkəmli Sultan əmi ilə bu zərif körpə gəlini yanaşı görmək lap qəribə olardı. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed