İzahlı lüğət

KƏSİK

1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. - Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal.
sifl Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq (bilək). - Kəsik baş söyləməz. (Məsəl). [Əvvəlinci:] Malların əgər nişanları lazımsa deyim: - Birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir.. N.Nərimanov. [Qızıl it] ..kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Kəndin qənşərinə çatanda Ataşın gözü birdən boz eşşəyin kəsik qulağına sataşdı.. Ə.Vəliyev.
sif. Kəsilib qısaldılmış, gödəldilmiş. Kəsik hörük. - [Qızın] sarı kəsik saçı xələtin yaxasına tökülmüşdü. Ə.Əbülhəsən.
is. Yarıq, kəsilmiş, tikilməyib açıq qoyulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi. Tumanın kəsiyi.
is. Bir şeyin yaralaya (kəsə) biləcək qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan kəsiklərini yığmaq. Şüşə kəsiyi. // Qırıq, tikə, kəsilmiş parça. Ağac kəsiyi. - Ağa əlini yanına atıb odun kəsiyini götürdü. S.Rəhimov.
sif Qırıq, kəsik-kəsik, uzun sürməyən, davam etməyən. Kəsikfit. Kəsiksəs. - ..Ağılların qapısını kəsmiş itlərin kəsik hürüşləri gecənin qara pərdəsini yırtıb uzağa gedirdi. M.Ibrahimov. Salon sakit, fəqət hərdən; Gəlir kəsik hıçqırıqlar. B.Vahabzadə.
is. xüs. Boru və s. şeylərin kəsilmiş yeri. Borunun kəsiyi.
is. tar. Çar Rusiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel.
sif məc. dan. Sahibsiz, başsız, yiyəsiz (uşaq, qadın haqqında). Kəsik uşaq. Kəsik qız. Kəsik qadın. // Is. mənasında. Oz kəsiyimizdir.
kəsik-kəsik zərf Qırıq-qırıq, ara verərək, aramla. Ancaq məhkəmə salonundan bu qayda ilə çıxan kəsik-kəsik xəbərlər heç kəsi təmin edə bilməyirdi. T.Ş.Simurq. .. [Uşaq] kisədən bir ovuc dən götürüb həyətə səpdi və kəsik-kəsikfit verdi. M.Rzaquluzadə. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. I.Şıxlı. Kəsik-kəsik etmək (eləmək) - doğramaq, parçalamaq, hər tərəfini (yerini) kəsmək. Parçanı kəsik-kəsik eləmək. Şüşə əlimi kəsik-kəsik etdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed