KƏSMƏ11. “Kəsmək” dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. □ Kəsmə əlifba - tədris məqsədi ilə müxtəlif formalarda kəsilmək üçün düzəldilmiş əlifbadan ibarət əyani vasitə. Bəzi məktəblərimizdə uşaqlar hərfi tanıya bilmir, kəsmə əlifba üzərində işləmirlər. M.İbrahimov. Kəsmə yol (cığır) - kəsə yol, yaxın yol, ən qısa yol. Nəbi atını minib başqa kəsmə yollarla özünü yoldaşlarına yetirir. “Qaçaq Nəbi”. [Dursun:] Bu yolların qurdu deyilmiyəm? Kəsmə cığır ilə gedərəm! - dedi. Şaiq. [İkinci işçi:] Gəl buradan kəsməyol ilə gedək, evə tez yetişərik. S.Rəhman.
Sif mənasında. Kəsilmiş, kəsik. Göstərdilər Xaqana; Kəsmə telli bir qızı. Ə.Cavad. Paylaşın - Hamı bilsin
|