KƏSİŞMƏK1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. - Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı. Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. İ.Şıxlı.
f. riyaz. Bir-birini qət etmək, kəsmək. Kəsişən (f.is.) xətlər. qarş. məc. Razılığa gəlmək, müəyyən bir qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiymətdə kəsişmək. - [Hacı Rüstəm] bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|