KƏSİFsif. [ər.] 1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.
Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır və pis qoxuyan; kəsafətli. Firidun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. M.İbrahimov. Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu. [Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin. Natəmiz, pinti. Paylaşın - Hamı bilsin
|