İzahlı lüğət

KOTANÇI

is. 1. Kotan sürən, kotanla yer şumlayan əkinçi. Kotançıların holavarları, .. cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. // Traktora qoşulan kotana xidmət edən kolxozçu və ya sovxoz fəhləsi. Maşın kotançıların tuşuna çatanda əyləndi. B.Bayramov.
Əkinçi, rəncbər mənasında. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib! M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......