KOSAsif. 1. Üzündə tük bitməyən, yaxud seyrək tük bitən. Hacı Qəvamın sağ tərəfini uzunboylu, arıq və kosa Kərbəlayı Fəraməz tutmuşdu. T.Ş.Simurq. [Gülzar:] Kosa Rəhim qoşulub o uzunqılça Mansura, Mansur da ona. İ.Hüseynov. // İs. mənasında. Kosaya hərə bir tük versə, kosa da saqqallı olar. (Ata. sözü). [Şirinnaz:] Necə deyərlər, kosa getdi saqqal gətirə, bığını da qoyub qayıtdı. S.Hüseyn.
2. Bax kos-kosa 2-ci mənada. Paylaşın - Hamı bilsin
|